Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25% bəndi artırılaraq 7,75%-dən 8%-ə qaldırılması barədə qərar qəbul edib. Bu barədə 28 oktyabr tarixində AMB xəbər verib.
Faiz dəhlizinin aşağı həddi 1% artırılaraq 5%, yuxarı həddi isə yenə də 9,25% müəyyən olunub.
AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.