Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9%-i səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Bu barədə 21 iyun tarixində AMB məlumat verib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% saxlanılıb.
"Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.
AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 26-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.