2022-ci ildə Azərbaycandan 450 milyon dollar dəyərində meyvə ixrac edilib. Bu barədə 17 yanvar tarixində Report Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verib.
Məlumata əsasən, bu güstərici 2021-ci illə müqayisədə 9,4% çoxdur.
İl ərzində ölkədən ixrac olunmuş meyvənin həcmi isə 5,6% artaraq 396 min ton olub.
Beləliklə, ötən il Azərbaycan xaricə meyvənin hər kiloqramını orta hesabla 1,14 dollara satıb. Bu isə əvvəlki ilə nisbətən 0,04 dollar çoxdur.