Qadınlardan ibarət Azərbaycan millisi Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal əldə edib. Bu barədə 23 avqust tarixində Report məlumat verib.
Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət yığmamız 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında ikinci yeri tutub.
Qızıl medala Çin, bürünc medala isə Hindistan millisi yiyələnib.