Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Bu barədə İnsanoid bu gün, 11 iyun tarixində xəbər verir.
Arif Əsədovun rəhbərlik etdiyi yığma Qazaxıstanla üz-üzə gələcək.
Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.