Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubundan ayrılır. Bu barədə 11 may tarixində Report məlumat verib.
Belə ki, 33 yaşlı yarımmüdafiəçi iyunun 30-da başa çatacaq müqaviləsini uzatmayacağını bildirib.
Qeyd olunub ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edir. O, bu müddət ərzində 217 oyuna çıxıb və 48 qolla yadda qalıb.