"Səbail" klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün,13 iyun tarixində xəbər verir.
"Dənizçilər"dən verilən məlumata görə, 29 yaşlı qapıçının mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Azərbaycan millisi üzvünün "Neftçi"yə keçəcəyi gözlənilir.
2017/2018 mövsümündə "Səbail"in formasını geyinən Emil Balayev 2022-ci ildə yenidən komandaya qayıtmışdı.