Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
Nümayəndə heyətinə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildirlər.
Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüblər.
Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
[gallery link="file" columns="1" size="full" ids="138740"]