Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb. Bu barədə 26 iyul tarixində Report Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ələkbərov İlkin Elburus oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam etdirilir.