Azərbaycan Ordusunun çavuşu dəm qazından boğularaq vəfat edib. Bu barədə 1 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.