Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələyərək öldürüb. Bu barədə 26 iyul tarixində Report Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindiriliblər.