Azərbaycan Ordusunun Füzulidəki mövqeləri atəşə tutulub. Bu barədə 29 avqust tarixində Müdafiə Nazirliyi məlumat yayıb.
Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb,” – məlumatda qeyd olunub.