Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nurəddin oğlunun iyunun 5-də paraşütlə tullanma təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.