Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədinin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.
Bu barədə 11 may tarixində Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.