Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub. Bu barədə 12 may tarixində APA məlumat verib.
Şəhid anadan olduğu qəsəbənin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Orxan Novruzəlizadə Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. İki ilə yaxın Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.
[gallery link="file" columns="1" size="full" ids="115642"]