Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov dünya çempionatında finala yüksəlib. Bu barədə 3 avqust tarixində Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat verib.
İdmançı 100 metr bras növündə 1:12.34 nəticə göstərib. Bununla da o, final yarışında iştirak etmək hüququ qazanıb.
Final yarışı bu axşam Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.
Çempionat İngiltərənin Mançester şəhərində keçirilir.
Qeyd edək ki, Azərbaycanın digər paraüzgüçüsü Roman Salei dünya çempionatında 3 medal qazanıb.