Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, 45 dəqiqə davam edən mübarizədə "Prema Racing"dən Oliver Bearman bütün rəqiblərini qabaqlayıb.
"Hitech" komandasından İsak Hacar ikinci olub. İlk "üçlüy"ü "Campos Rasing"dən Kuş Maini tamamlayıb.
Qeyd edək ki, bu gün, həmçinin ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.