Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib. Bu barədə İnsanoid XİN-in Twitter hesabına istinadən bu gün, 21 iyul tarixində xəbər verir.
“Azərbaycan XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırır”, - paylaşımda deyilir.