Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 9 dekabr tarixində xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.