Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. Bu barədə 24 noyabr tarixində Report məlumat verib.
O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edir.