“Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir. Əgər bu tendensiya dəyişməsə, 2050-ci ildə ölkəmiz müəyyən problemlərlə üz-üzə qalacaq”. Bunu BMT Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib.
Bu barədə 27 oktyabr tarixində Baku TV məlumat yayıb.
O, həmçinin xatırladıb ki, Azərbaycan cins seçiminə görə dünyada Çini də keçərək birinci yerdə qərarlaşıb.