Azərbaycan Slovakiyada səfirlik açır. Bununla bağlı Milli Məclisə (MM) qanun layihəsi daxil olub.
Bu barədə 7 iyul tarixində Report məlumat verib.
Belə ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə MM-in iclasına tövsiyə olunub.