top
Azərbaycan təcavüzkar yox, Ukrayna kimi tacavüzə məruz qalan ölkədir: bunu sübut edən 7 fakt
03 noyabr 2022, 11:10
- ↺ +

Azərbaycan təcavüzkar yox, Ukrayna kimi tacavüzə məruz qalan ölkədir: bunu sübut edən 7 fakt

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


  • 2014-2022-ci illərdə Rusiya Federasiyası Ukrayna ərazisinin təxminən 20%-ni işğal etdiyi kimi, 1991-1993-cü illərdə Erməni silahlı birləşmələri Rusiya ordusunun 366-cı alayının və 622-ci batalyonunun iştirakı ilə Azərbaycanın suveren ərazisinin 20%-ni işğal edib. Avropa Birliyi Komissiyasının 31 may 1995-ci il tarixli məlumatında qeyd olunurdu: “Azərbaycan ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağdan kənar ərazilərin əhəmiyyətli hissəsi işğal altındadır”.


 

  • Ukraynanın şərqini işğal etmək üçün Donbasdakı rusiyapərəst separatçılardan istifadə edildiyi kimi, Ermənistan Rusiya Federasiyasının silahlı qüvvələrinin iştirakı ilə Qarabağda erməni separatçı hərəkatına arxalanaraq Azərbaycan torpaqlarını işğal edib. Təkcə separatçıların ilkin olaraq iddia etdikləri ərazilər deyil, beynəlxalq birlik tərəfindən suveren Azərbaycan əraziləri kimi tanınan 7 rayon da işğal edilib.


 

  • İndi erməni separatçıları Azərbaycan Qarabağının Rusiya Federasiyasına “birləşdirilməsi” üçün planlar qururlar. Onlar, hətta Krımın və Donbasın ilhaqından nümunə götürdüklərini də gizlətmirlər. Aprelin 14-də Ermənistanın keçmiş baş naziri Baqratyan News.am-a bildirib ki, separatçı anklav “Rusiyanın bir hissəsi olmaq istəyir”. Növbəti gün isə ehtiyatda olan polkovnik Hayk Naapetyan “Live News” kanalının efirində bildirib ki, bu anklavı xilas etməyin yeganə yolu Rusiyanın tərkibinə daxil olmaqdır. Bu məqsədə çatmaq üçün o, Krım və Donbasın ilhaqı zamanı həyata keçirilən sxem üzrə Qarabağın erməni əhalisinin kütləvi şəkildə Rusiya pasportları almasını təklif edib.


 

  • Mayın 10-da Ermənistan Milli Assambleyasının ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin keçmiş rəhbəri Qeqamyan Hayeli A.M.-nin Youtube kanalının efirində bildirib ki, “Rusiya Federasiyasının bir hissəsi olmaq üçün, 2014-cü ildə Krımda baş verdiyi kimi, bu ölkənin səlahiyyətli orqanlarına rəsmi müraciət edilməlidir”.


 

  • Ukraynaya qarşı təcavüz milyonlarla ukraynalı qaçqını didərgin saldığı kimi, Qarabağda azərbaycanlılara qarşı təcavüz də onların bir milyondan çoxunu öz doğma yurdlarını tərk etməyə məcbur edib. Bu rəqəm BMT Baş Assambleyasının 23 mart 1994-cü il tarixli qətnaməsində yer alıb.


 

  • Birinci Qarabağ müharibəsində (1991-1993) 17 minə yaxın azərbaycanlı mülki şəxs həlak olub; İkinci Qarabağ müharibəsində isə (2020-ci il) 27 qadın və 12 uşaq olmaqla 93 mülki şəxs həlak olub. Bunlarla yanaşı, 30 il ərzində 3345 dinc sakin Ermənistan silahlı qüvvələrinin basdırdığı minalardan zərər çəkib.


 

  • Rusiya Federasiyası Ukrayna şəhərlərini raketlərlə bombaladığı kimi, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın 80-dən çox şəhər və kəndini Rusiya raketləri ilə bombardman etdi.


 

  • Buçada rus işğalçılarının qətliam törətdiyi kimi, 1992-ci ilin fevralında erməni silahlı birləşmələri də rus hərbi birləşmələrinin iştirakı ilə Xocalı kəndində 500-ə yaxın dinc azərbaycanlını qətlə yetirib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Bu gün, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Bu gün, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Bu gün, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Bu gün, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Bu gün, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Bu gün, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Bu gün, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Bu gün, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Bu gün, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Oxşar xəbərlər