Gəncədəki ali məktəbdə ilk dəfə dəmiryolçu ixtisası açılır. Bu barədə 15 avqust tarixində “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti 2023-2024-cü tədris ilində bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib.
Universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Peşəkar dəmiryolçu olmaq istəyənlər builki tələbə qəbulunda "Nəqliyyat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisaslarını seçə bilərlər.
Tələbələr Gəncə Dəmir yolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.
Dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.