Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi və bioloji fizika kafedrasının müdiri dosent Şahin Bayramov uzun çəkən xəstəlikdən vəfat edib.
Bu barədə İnsanoid universitetə istinadən bu gün, 9 yanvar tarixində xəbər verir.
Qeyd edək ki, Ş.Bayramov 1986-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Elə həmin ildə Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1992-ci ildən isə fəaliyyətini müxtəlif vəzifələr üzrə ATU-da davam etdirib.