Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu barədə 29 may tarixində Report məlumat verib.
Yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.
Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.
Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.