Azərbaycan Ukraynaya minatəmizləmə maşınları verəcək. Bu barədə 11 avqust tarixində Report xarici KİV-yə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər, həmçinin minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaqlar.
Məlumata görə, Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minatəmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib.