Azərbaycan üzgüçüsü Raman Salei dünya çempionatının qızıl medalını qazanıb. Bu barədə 5 avqust tarixində Report məlumat yayıb.
Üçqat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 s nəticə göstərib.
Bununla da o, yarışın qızıl medalına sahib olub.