Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Bu barədə İnsanoid bu gün, 1 may tarixində xəbər verir.
Görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.
ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində paylaşdığı məlumata əsasən, ABŞ dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistan XİN rəhbəri ilə, daha sonra isə Ceyhun Bayramovla görüşəcək.
Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş Bakı vaxtı ilə təqribən 20:45-də nəzərdə tutulub.