Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatında növbəti oyununa çıxacaq. Bu barədə 23 avqust tarixində Report xəbər verir.
Almaniyanın Düsseldorf şəhərində keçirilən çempionatda millimiz yer aldığı C qrupunun son oyununda isveçlilərlə qarşılaşacaq.
Ataman Güneyligilin yetirmələri dörd turdan sonra qrupda 5 xalla üçüncü pillədə yerləşiblər. Yığmamız mərhələ adlamaq üçün son görüşdə də qələbə qazanmalıdır.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.