Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib. Bu barədə 4 avqust tarixində nazirliyin “Twitter”ində paylaşım edilib.
“Gürcüstanın Şovi və Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk. Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Şovi kurortunda sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir.
Faciə ilə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.
We express heartfelt condolences to the families, who lost their loved ones in a massive landslide in Shovi, Racha, #Georgia. We hope the dozens of people who are still missing will be found safe and sound.
We stand with the Government and the people of Georgia??. @MFAgovge pic.twitter.com/v1a9mMU48N— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) August 4, 2023