Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 24 avqust tarixində xəbər verir.
Nazirliyin sosial şəbəkə hesabında paylaşılan təbriki təqdim edirik:
“Müstəqillik Günü münasibətilə dost Ukrayna hökuməti və xalqını təbrik edirik. Biz strateji əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik.
Milli bayramınız mübarək!”.