Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqı təbrik edib. Bu barədə İnsanoid bu gün, 28 may tarixində xəbər verir.
Nazirliyin "X"dəki hesabında paylaşımda deyilir:
"28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib.
28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq!
Dövlətimiz əbədi olsun!
Müstəqillik günümüz mübarək olsun!
🇦🇿🇦🇿🇦🇿 pic.twitter.com/ZtiaDmVKGr— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 28, 2024