"Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün daha 5 təlim keçmiş it gətirilib". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Bu barədə 2 may tarixində APA məlumat verib.
V. Süleymanov bildirib ki, 2021-ci idə ABŞ-nin Marşal İrsi İnstitutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır.
"Bundan əlavə, yenə ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.