Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib. Bu barədə 17 avqust tarixində Agentlik məlumat verib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Cari ilin fevral və aprel aylarında Agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində öz töhfələrini verir.