Azərbaycana gətirilən halvada göbələk aşkarlanıb. Bu barədə İnsanoid Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən bu gün, 2 fevral tarixində məlumat verir.
“Çinar Company” MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kq halva məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.