İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid Dövlət Gömrük Komitəsinə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Komitənin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.