Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb. Bu barədə oktyabrın 31-də APA məlumat yayıb.
Belə ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı M.A. Zalqarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.
Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.