Azərbaycanda 200-ə yaxın bağça müdiri vəzifəsinin vakansiyaya çıxarılması nəzərdə tutulur. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.
Bu barədə 5 iyun tarixində Report xəbər verib.
Onun sözlərinə görə, hazırda 150-dən çox bağçada müdir vəzifəsi boşdur: "Yay aylarında bağça müdirlərinin işə qəbulu müsabiqə yolu ilə həyata keçiriləcək. Hesab edirəm ki, həmin vaxta qədər vakant yerlərin sayı 200-ə yaxınlaşacaq".