Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli mobil operatoru şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 17 iyul tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanov cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30.000 manata yaxın enerji bloklarını oğurlayıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, sözügedən enerji bloklarını satdıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
[gallery columns="2" link="file" size="full" ids="122160,122161"]