Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilə töhmət verilib.
Bu barədə 7 iyul tarixində Report Vəkillər Kollegiyasına istinadən məlumat verib.
Belə ki, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərar qəbul olunub.