Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 11 avqust tarixli hesabatında əks olunub.
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8% azalaraq 1 056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb. Hadisələrin 44,3%-i gündüz, 39,4%-i gecə, 16,3%-i isə toran vaxtı baş verib.
Yol-nəqliyyat hadisələrinin 88,5%-i yaşayış məntəqələrində baş verib.