İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.
Bu barədə 11 may tarixində Dövlət Xidməti məlumat verib.
Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az,
Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az,
Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az,
Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az,
İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyyətləri dayandırılıb.
Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.