Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda “ApplePay” ödәniş hәlli vasitәsilә 390 milyon manatlıq 13 milyon әdәd ödəniş həyata keçirilib.
Bu barədə 27 oktyabr tarixində Report Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanovaya istinadən deyib.
"Bu ödəniş həlli ilə əməliyyatların say və həcm göstəricilərinin qısa müddətdə kəskin yüksəlməsi istifadəçilərin innovativ ödəniş vərdişlərinə çevik uyğunlaşmasını göstərir. Bu ilin sentyabr ayındakı “ApplePay” ödәnişlərinin sayı və məbləği yanvar ayının analoji göstəricilərini müvafiq olaraq 3 və 2,8 dəfə üstələyib", - deyə o qeyd edib.