Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 96 yeni dövlət standartı qəbul edib.
Bu barədə İnsanoid AZSTAND-a istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Bundan başqa, məlumata görə, hesabat dövründə 687 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının müvəqqəti tətbiqinə icazə verilib.