Gədəbəydə ər və arvad dəm qazından boğulublar. Bu barədə 8 aprel tarixində Apa.az xəbər yayıb.
64 yaşlı Oktay Əliyev və 61 yaşlı həyat yoldaşı Məryam Məmmədovanın meyitləri Moruxlu kəndindəki evlərində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.