Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Bu barədə İnsanoid bu gün, 28 fevral tarixində xəbər verib.
Azərlotereyanın rəsmi saytından verilən məlumata əsasən, tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb.
Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.