Azərbaycan Texniki Universitetində (AzTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Bu barədə 27 noyabr tarixində Report universitetə istinadən məlumat verib.
Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar.
"Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvəndin vacibliyi bildirilib", - məlumatda bildirilib.