Bu ilin ilk dörd ayında Azərbaycanda boşanmaların sayı artıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 13 iyun tarixli hesabatında əks olunub.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 065 nikah və 6 920 boşanma halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.