top
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırılacaq?
08 dekabr 2023, 03:43
- ↺ +

Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırılacaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“OpenAI” ictimaiyyətə açıqlamasında 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt”nin şəxsi və məxfi məlumatları saxlamadığını bildirib. Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər. Bu barədə 8 dekabr tarixində APA Azərbaycan Süni İntellekt Laboratoriyasına istinadən məlumat verib.

Laboratoriyadan bildirilib ki, “ChatGPT” əldə etdiyi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən normalara riayət edir: “Süni intellekt botunun yaradıcısı olan “OpenAI” ictimaiyyətə açıqlamasında bildirib ki, “ChatGpt”nin məqsədi ümumi məlumatlar əsasında istifadəçilərin suallarına cavab vermək, prosesləri sürətləndirməkdir”.

Bildirilib ki, “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa, müvafiq tədbirlər mütləq görüləcək.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov bildirib ki, “OpenAI”nin yaratmış olduğu "ChatGpt" və ya digər süni intellekt tətbiqləri ölkələrə görə xüsusi yanaşma sərgiləmir: “Bəli, etiraf etməliyik ki, "ChatGpt" ilə bağlı müəyyən təhlükələr var. “ChatGpt”dən məlumat almaq üçün təbii ki, ona müəyyən məlumatlar da verməlisən. Yəni bizim ona verdiyimiz suallar əsasında “ChatGpt” haqqımızda müəyyən məlumatlar toplayır”.

“Azərbaycanda hər hansı resursa çıxışda məhdudiyyət yoxdur. Yəni bizdə “ChatGpt”yə giriş əlçatan olacaq. Bundan başqa, internet resursları ilə bağlı qanunvericilik də tam təkmilləşdirilməyib. Düşünürəm ki, Azərbaycanda “ChatGpt”yə qadağa qoyulacağı ilə bağlı heç bir təəssürat yoxdur. Bunun yaxın gələcəkdə baş verəcəyini də proqnozlaşdıra bilmərəm. Çünki bunadək qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün bir sıra ölkələr “ChatGpt”nin fəaliyyətini məhdudlaşdırır. Bir müddət öncə İtaliyada “ChatGpt”yə qadağa tətbiq olundu. Buna səbəb "ChatGpt"nin yeniyetmələr də daxil olmaqla hər kəsin məlumatlarını ələ keçirməsi olub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər